!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Ordusunda kadr İSLAHATLARI: “Rotasiyanın aparılması ajiotaj yaratmamalıdır”

!Reklam – Yazi

Azərbaycan Ordusunda kadr islahatları davam edir. Belə ki, 3 ordu korpusunun komandirinin sərəncama çıxarılması barədə məlumatlar yayılıb. Onların Mais Bərxudarov, Münasib Babayev, Oruc Abdullayev olduğu qeyd edilib.

Orduda aparılan kadr islahatlarını Yenicag.az-a hərbi ekspert Rövşən Məhərrəmov şərh edib.

Rövşən Məhərrəmovun sözlərinə görə, rotasiyanın aparılması ajiotaj yaratmamalıdır.

“Üç ordu korpusunun komandirlərinin sərəncama götürülməsi barədə məlumatlar var. Mais Bərxudarov uzun illərdir döyüş bölgəsində xidmət edirdi. O, Aprel döyüşlərində, 44 günlük Vətən Müharibəsində və anti-terror əməliyyatında iştirak edib.
Münasib Babayev 2 il idən çox idi ki, o korpus komandiri idi. O, uzun illər döyüş bölgəsində xidmət edirdi.

Anti-terror əməliyyatında Oruc Abdullayevin bölmələri fərqlənmişdi. Görünür, hansısa rotasiya aparılır”, – deyə o əlavə edib.

Ekspert qeyd edib ki, Türkiyə ordu modelində bütün vəzifəli şəxslər tutduğu vəzifəsindən asılı olmayaraq, 4 ildən bir yerdəyişmələr həyata keçirilir.

“Onlarda bir qədər fərqlidir. Birinci ordunun komandanı bilir ki, gələcəkdəki vəzifəsinə olacaq. İkinci ordunun komandanı da bilir ki, gələcəkdə haraya komandan gedəcək. Eləcə də, digərləri.
Azərbaycanda bu sistem tam formalaşmadığına görə ictimaiyyət arasında bir az anlaşılmazlıq yaranır. Hər hansısa bir vəzifəli şəxsi bir yerdən başqa yerə təyin edirlərsə, yaxud sərəncama verirlərsə, onun haqqında mütləq mənfi rəy vermək olmaz. İslahatlar gedir. Ola bilər ki, yeni yanaşmaya o şəxslərin uyğunsuzluğu ola bilər və ona görə də, sərəncama çıxarılırlar. Onların başqa vəzifələrə keçirilməsini də normal qəbul edirəm. Baş verənləri təbii qəbul etmək lazımdır”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Səxavət Məmməd

COP29

www.yenicag.az

90
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv