Azərbaycan ordusunun "NÜVƏ"Sİ: "Xüsusi təyinatlılarımız böyük hazırlıq mərhələsindədir"

media-hightechnic-468x90

“Xüsusi Təyinatlı Qüvvələrimizin sayının dəfələrlə artması Azərbaycanın istənilən təhdidə hazır olmasına zəmin yaradır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib. media-hikmet-babaoglu

Deputat Vətən müharibəsi qələbəsindən sonra Azərbaycan ordusunda xüsusi təyinatlıların sayının dəfələrlə artmasını “ixtisaslaşmış milli güc” amili ilə əlaqələndirib:

“Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbənin 5 illik yubileyi münasibətilə Azərbaycanda Zəfər Paradı keçirildi. O gün biz digər ordularımız kimi, XTQ-nin paradda iştirakına da şahidlik etdik. Bəlli oldu ki, ötən 5 il müddətində Azərbaycanda xüsusi təyinatlıların sayı dəfələrlə artıb. Azərbaycan Prezidenti İlham Əliyev öz nitqində də bu məsələyə toxunaraq ordumuzun elitar dəstələrinin nəyə qadir olduğunu hələ Qarabağ müharibəsində bütün dünyaya nümayiş etdirdiyimizi vurğuladı. Əgər 5 il öncə bizim XTQ bir neçə kiçik alaylardan ibarət idisə, bu gün onların sayı dəfələrlə artıb. Bu da o deməkdir ki, gücümüz də dəfələrlə artıb. Çox yaxşı haldır ki, XTQ ayrı-ayrı sahələr üzrə ixtisaslaşaraq böyüyüb. Dövlət Təhlükəsizlik Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Müdafiə və Daxili İşlər nazirliklərinin öz xüsusi təyinatlıları var. Bunlar hamısı birlikdə vahid gücdürsə, onların hər biri ayrılıqda müxtəlif istiqamətlərdə ixtisaslaşmış milli gücümüzdür”.

Deputat qeyd edib ki, hazırda Azərbaycanın xüsusi təyinatlıları bir neçə dəfə artmaqla daha böyük təhlükələrə qarşı tam hazırdır:

“Azərbaycan Prezidentinin ordumuzun yenidən gücləndirilməsi ilə bağlı vaxtaşırı səsləndirdiyi fikirlərə diqqət etsək, görə bilərik ki, bu hələ son hədd deyil. Azərbaycanın elitar ordusu yaradılır. Peşəkar ordu istiqamətində qətiyyətli addımlar atılır və beləliklə Azərbaycan ordusu təkcə Azərbaycanda yox, regionda hər hansı təhdidə qarşı cavab verməyə hazırdır. Bunu zəruri edən bir sıra səbəblər var. Biz dünya üçün əhəmiyyətli olan layihələri həyata keçiririk. Burada böyük iqtisadiyyat qurulur, böyük maraqlar toqquşur. Belə olanda yaratdığımız yeni reallığın təhlükəsizliyini də Azərbaycan ordusu qorumağı bacarmalıdır. Mənə elə gəlir ki, xüsusi təyinatlılarımız tam olaraq bu sahə üzrə ixtisaslaşır. Təsadüfi deyil ki, vaxtaşırı Türk Dövlətləri Təşkilatına üzv olan və Türküstan coğrafiyasında yerləşən qardaş ölkələrlə də birgə hərbi təlimlər keçiririk. Qardaş Türkiyə ilə isə daimi olaraq belə təlimlər baş tutur. Bu isə dediyimiz böyük coğrafiyada məhz təhlükəsizliyimiz təhdid edilərsə, onu aradan qaldırmaq üçün atılan addımlar, edilən məşqdir”.

“Xüsusi təyinatlılarımız lokal olaraq təkcə Ermənistandan gələ biləcək hər hansı təhdidə qarşı hazırlanmır, miqyas və strategiya baxımından daha böyük hazırlıq mərhələsindədir və zamanla daha da böyüyəcəkdir”,- H. Babaoğlu sözlərini yekunlaşdırıb.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa