Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycan ötən il nə qədər neft nəql edib? - Rəsmi

2018-ci il ərzində Azərbaycandan 32 666,4 min ton neft ixrac üçün nəql edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2018-ci il üzrə fəaliyyətə dair hesabatında qeyd olunub.

Bu həcmin 31 247,9 min tonu Konsorsiumun (ABƏŞ), 1 418,5 min tonu SOCAR-ın hasil etdiyi neftin payına düşüb.

Ümumilikdə nəql edilən neftin həcmi 2017-ci ildən 215,2 min ton və ya 0,65% azdır.

Hesabat ilində ən böyük neft həcmləri Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə nəql edilib. Belə ki, bu kəmərlə 27 452,2 min ton neft nəql edilib. Bu isə ötən ilin müvafiq dövründən 0,48% və yaxud 131,5 min ton çoxdur.

BTC ilə nəql edilən neftin 27 332,5 min tonu konsorsiumun hasil etdiyi, 119,7 min tonu SOCAR-ın hasil etdiyi neftin payına düşüb. Konsorsiumdan BTC ilə neftin nəqli 2017-ci illə müqayisədə 71,8 min ton və ya 0,26% artıb. SOCAR üzrə artım isə 59,7 min ton və ya 2 dəfəyə yaxın artıb.

İxrac edilən neftin 3 751,3 min tonu (36,3 min ton və ya 0,97% az) Bakı-Supsa neft kəməri, 1 298,8 min tonu (199,7 min ton az) Bakı-Novorossiysk neft kəməri ilə ixrac edilib.

Ötən il 164 min ton (40% və ya 110,5 min ton az) həcm isə İranın NICO şirkətinə verilib.

www.yenicag.az

3687
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100