OPEC+ ölkələri hasilatın azaldılması ilə bağlı öhdəliyi 90%-ə yaxın yerinə yetirib.
Yenicag.az xəbər verir ki, bunu Bakıda Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih deyib.
O əmin olduğunu bildirib ki, öhdəliyi yerinə yetirməyən ölkələr tezliklə vədlərinə əməl edəcəklər.
Nazir bazara əminliyin tədricən qayıtdığını, lakin hələ çox işlər görülməli olduğunu, monitorinqlərin davam edəcəyini qeyd edib.
O bildirib ki, aprel ayında Səudiyyə Ərəbistanı gündəlik hasilatı mart ayına nisbətdə 0,1 mln. barel azaldacaq və hasilat 9,7 mln. barel təşkil edəcək./Report/
www.yenicag.az