“Azərbaycan öz enerji resurslarını dünya bazarlarına çıxaracaq”

media-hightechnic-468x90

bf1116f0a8032f212db1eae606b1f209“Şəhərlər arasında turizmin inkişafı ilə bağlı gedən rəqabət məni çox sevindirir. Çünki bu, sağlam rəqabətdir”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 22-də Qəbələdə “Qafqaz Yengicə Termal Hotel və SPA” kompleksinin açılış mərasimində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib.

“Bizim çox gözəl ölkəmiz, çox gözəl təbiətimiz, müxtəlif iqlimimiz, müxtəlif təbii zonalarımız, dağlarımız, çaylarımız, meşələrimiz var. Əlbəttə, biz bundan maksimum dərəcədə istifadə etməliyik ki, həm vətəndaşlar, həm də dövlət fayda götürsün”, deyə dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev Azərbaycanın güclü iqtisadiyyata malik olduğunu vurğulayıb: “Təbii ki, neft-qaz sektorumuz inkişaf edir. Bu yaxınlarda tarixi hadisə baş verib. Bundan sonra onilliklər, bəlkə də 100 ildən artıq bir müddətdə Azərbaycan öz enerji resurslarını dünya bazarlarına çıxaracaq və bundan biz gəlir əldə edirik. Ancaq biz çalışmalıyıq ki, xidmət, qeyri-neft, sənaye sektorları və turizm inkişaf etsin. Turizm daimi gəlir mənbəyidir. Sadəcə, infrastruktur olmalıdır. Yollar, aeroport, əlbəttə ki, bütün digər infrastruktur layihələri – su, kanalizasiya, qazlaşdırma, elektrik enerjisi, otellər və yüksək xidmət”, deyə dövlət başçısı qeyd edib.

Prezident İ.Əliyev Qəbələdə artıq fəaliyyət göstərən otellərdə xidmətin yaxşı səviyyədə olduğunu qeyd edərək, istifadəyə verilən yeni oteldə də belə olacağına, insanlar üçün yeni iş yerlərinin açılacağına əmin olduğunu bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600