!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan öz ərazi bütövlüyünün bərpası məsələsində sanki hərəkətsiz qalıb....” – İlham İsmayıl

!Reklam – Yazi

“Lavrov öz bəyanatında həm də Qarabağda müharibə əhval-ruhiyyəsinin olmadığını bildirib”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Rusiya prezidenti Vladimir Putinin İrəvan, Azərbaycan prezidenti İlham Əliyevin isə Soçi səfəri ərəfəsində cəbhə xəttində gərginliyin artmasına münasibət bildirən təhlükəsizlik eksperti İlham İsmayıl deyib:

İlham İsmayılın sözlərinə görə, cəbhədə gərginliyin artmasına baxmayaraq, Rusiyanın hərbi əməliyyatların başlamasına imkan verəcəyi inandırıcı deyil:

“Bəli, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” fikrini əsassız hesab elədi. Ancaq Lavrovun həmin çıxışında bizim üçün qəbuledilməz olan başqa məqam da var. O, həmin çıxışında bunu da vurğulayıb ki, Qarabağda heç bir müharibə əhval-ruhiyyəsi yoxdur, olmayacaq da.

Bu fikir faktiki olaraq Azərbaycanın müstəqil hərəkət etməsinə, işğal altındakı torpaqları azad etməsinə qarşı Kremlin açıq mövqeyidir. Baxın, Azərbaycan Qazaxda irəli hərəkət etməyə çalışır, oradakı mövqelərimizin möhkəmləndirilməsi istiqamətində işlər aparır. Ancaq erməni tərəfi bizə doğru atəş açır və bu işlərin görülməsinə imkan verməyəcəyini göstərir.

Yəni Azərbaycan bu məsələdə sanki hərəkətsiz qalıb. ABŞ senatorları hərbi helikopterlə sərbəst şəkildə Qarabağa gəlirlər, orada görüşlər keçirirlər. Azərbaycan isə buna demək olar, reaksiya vermir. Çox təəssüf ki, bütün bunlar Azərbaycanın Qarabağda müharibəyə başlamaq istəmədiyi qənaəti yaradır”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

3129
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv