!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-Özbəkistan hərbi ƏMƏKDAŞLIĞI: "Ölkəmiz rəsmi Daşkəndin təcrübələrindən yararlana bilər" - Ekspert

!Reklam – Yazi

“Özbəkistanın Azərbaycanla hərbi yöndə qarşılıqlı əməkdaşlığı hər iki ölkənin ordusuna ancaq xeyir verə bilər”.

Bu fikirləri prezident İlham Əliyevin Özbəkistan səfəri, iki ölkə arasında hərbi sahədə əməkdaşlıq və onun prespektivini şərh edən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında səsləndirib.

Tərlan Eyvazov bildirib ki, Özbəkistanla hərb sahəsindəki əməkdaşlıq Azərbaycana xeyir verə bilər:

“Özbəkistan ərazi, iqtisadi, əhali cəhətdən böyük olsa da, dəniz hövzəsində yerləşmir. Buna baxmayaraq, olduqca mühüm strateji məntəqədə yerləşir. Özbəkistan resurslarına görə tarixən və bu gün də mühüm bir ölkə sayılmaqdadır. Özbəkistanın tarixinə baxanda görürük ki, sərkərdələr, cahangirlər ölkəsidir.

SSRİ dağılandan sonra Qazaxıstan, Qırğızıstan, Türkmənistan və bir neçə ölkədən fərqli olaraq Özbəkistan müstəqil siyasət yürüdə bilirdi. Özbəkistan tamamilə müstəqil dövlətçilik yolu tutub, onun ərazisində heç bir xarici ölkənin qoşunları yoxdur. Özbəkistan postsovet məkanında Rusiya, Ukrayna, Belarusdan sonra dördüncü, Mərkəzi Asiyada isə ən güclü orduya malikdir. Özbəkistan ordusunun 70 minlik şəxsi heyəti var. Ehtiyat qüvvələri isə 6 milyondur. Bu isə çox böyük bir rəqəmdir.

Özbəkistan müstəqil olandan orada sabitlik olub. Özbəkistan daxilində münaqişə olmayııb, nə də xarici münaqişəyə qoşulub.

Cənubi Koreyanın Özbəkistana marağı sayəsində orada maşınqayırma sənayesi inkişaf edib. Pambıqçılığın orada necə inkişaf etməsini hər kəs bilir. Bundan əlavə, turizim sektoru da çox ciddi inkişaf edib. Özbəkistan bizdən fərqli olaraq, tarixi abidələrini qoruyub və ora çoxlu sayda turist axını var.

Qazaxıstan daxilində sabitlik pozulan kimi xaricdən kömək istədi, Qırğızıstan zəifdir, Türkmənistan terror təhdidi altında olanda Rusiyaya müraciət etdi. Ancaq Əfqanıstan kimi qeyri-sabit ölkə ilə həmsərhəd olan Özbəkistan öz gücü ilə sərhədini və daxili sabitliyini qoruya bilir. Yeganə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olmayan ölkədir ki, Rusiya silahını daxili bazar qiymətinə alır. Özbəkistanın arsenalındakı silahlar, əsasən, sovet və indiki rus silahları olsa da, maşınqayırmanın inkişafı imkan verir ki, o silahları modernləşdirsin. Düşünürəm ki, Azərbaycanla hərbi yöndə qarşılıqlı əməkdaşlıq hər iki ölkənin ordusuna ancaq xeyir verə bilər. Ərdoğanın Özbəkistana səfəri zamanı iki ölkə arasında hərbi anlaşma imzalandı. Son illərdə görürük ki, kadr hazırlığında və ordunun təlimlərində Özbəkistan da Azərbaycan kimi Türkiyə ilə əməkdaşlıq edir. Hesab edirəm ki, kadr hazırlığı məsələsində Azərbaycan Özbəkistana yardım edə bilər. Təyyarələrin, helikopterlərin, tankların və digər hərbi maşınların modernləşdirilməsində Azərbaycan Özbəkistanın təcrübələrindən də yararlana bilər”.

Səxavət Məmməd

www.yenicag.az

1262
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv