Azərbaycan Premyer Liqası: XI turun açılış oyununda qalib müəyyənləşmədi

media-hightechnic-468x90

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start verilib.

“Report”un məlumatına görə, günün ilk oyununda “Zirə” “Səbail”i qəbul edib.

Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. “Qartallar”ın qollarını 19-cu dəqiqədə İssa Cibrilla, 78-ci dəqiqədə Rüstəm Əhmədzadə vurub. “Dənizçilər”in heyətində isə 31 və 34-cü dəqiqələrdə Pedro Nuno fərqlənib.

“Zirə” 21 xalla liderliyini davam etdirir. “Səbail” 18 xalla üçüncü sıradadır.

Qeyd edək ki, günün digər görüşündə “Turan Tovuz” “Kəpəz”i qəbul edəcək. XI turun qalan oyunları 29-30 oktyabrda baş tutacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600