“Azərbaycan prezidenti Riqa sammitində iştirak edə bilməyəcək”

media-hightechnic-468x90

eb1750d5bb648de35afe1fcf1d55d7b1Azərbaycan prezidenti İlham Əliyev mayın 21-22-də Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” proqramının üzvü olan ölkələrin Riqa sammitində iştirak edə bilməyəcək.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

Ə. Həsənov qeyd edib ki, l Avropa Oyunlarının başlanmasına çox az vaxt qaldığına və bu mühüm tədbirə hazırlıq işləri son mərhələyə qədəm qoyduğuna görə, Azərbaycan Prezidentinin qrafiki həddən artıq sıxlaşıb, buna görə də dövlət başçısı sammitdə iştirak edə bilməyəcək.

Prezidentin köməkçisi bildirib ki, Riqa Sammitində Azərbaycanı Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcəklər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600