Azərbaycan qılıncoynadanı İsveçdə qızıl medal qazandı

media-hightechnic-468x90

Qılıncoynatmanın şpaqa növü üzrə yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının üzvü Vahab Fətullayev İsveçin Örebro şəhərində keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıb.

Yenicag.az xəbər verir ki, qrup mərhələsini 5 qələbə ilə başa vuran şpaqaçımız 17 yaşadək oğlanların fərdi mübarizəsində pley-offa yüksəlib. Finala gedən yolda Norveç, Danimarka, Estoniya və İsveçi təmsil edən rəqiblərinə qalib gələn V.Fətullayev həlledici qarşılaşmada Filip Zimmermana (İsveç) 15:10 hesabı ilə qalib gələrək fəxri kürsünün ilk pilləsində yer alıb.

Qeyd edək ki, beynəlxalq turnirdə 10 ölkədən ümumilikdə 100-ə yaxın idmançı mübarizə aparıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05