Azərbaycan qlobal məsələlərin həllinə cəlb olunan etibarlı tərəfə çevrilir - RƏY

media-hightechnic-468x90

“Azərbaycan beynəlxalq münasibətlər sistemində çoxşaxəli və balanslaşdırılmış siyasət yürüdərək həm regional, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınır. Bu siyasətin əsas məqsədi müxtəlif coğrafi və siyasi bloklar arasında balans yaratmaqla ölkənin milli maraqlarını qorumaq və beynəlxalq nüfuzunu gücləndirməkdir”.

media-1743241593_pervane-veliyeva-22-2

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O bildirib ki, Azərbaycan aralarında ziddiyyətlər olan ölkələrin hər biri ilə münasibətləri qarşılıqlı fayda əsasında qoruyur:

“Bununla da ölkəmiz geosiyasi rəqabət meydanında körpü rolunu oynayır. Prezident İlham Əliyevin son günlərdə müxtəlif coğrafiyaları əhatə edən beynəlxalq və regional tədbirlərdə iştirakı diversifikasiya olunmuş xarici siyasətin təzahürüdür. Prezidentin şəxsi nüfuzunun, ona olan ehtiramın, onun beynəlxalq dialoqlarda fəal iştirakının diplomatik münasibətlərimizdə böyük rolu var. Dövlətimizin başçısı ən uzunmüddətli münaqişələrindən birinin həlli yolunda önəmli mərhələ olan razılaşmanın imzalanacağı Sammitə dəvət alıb. ABŞ Prezidenti Donald Tramp Azərbaycan liderinə xüsusi rəğbət bəsləyir və tədbirə dəvət edir. Ölkəmiz artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər dövlət kimi tanınıb”.

 

Millət vəkili əlavə edib ki, ölkəmiz regionda yeni mərhələ və reallıq yaradıb:

“Azərbaycan artıq regional oyunçudan qlobal məsələlərlə məşğul olan etibarlı tərəfə çevrilir. Qlobal münaqişələrin həllində Prezident İlham Əliyevin məsləhətləri və tövsiyələri nəzərə alınır. Onun təcrübəsindən faydalanırlar. Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək “Yaxın Şərq Sülh Sammiti” çoxdandır sülhü gözləyən müharibədə razılaşma ehtimalı böyük olan, məhdud sayda dövlət və hökumət başçılarının iştirakı ilə baş tutacaq. Sammitin məqsədi Qəzza zolağında müharibəyə son qoymaq, Yaxın Şərqdə sülh və sabitliyə nail olmaq üçün səyləri artırmaq, həmçinin regional təhlükəsizlik və sabitliyin yeni dövrünü başlatmaq olacaq. Prezident İlham Əliyev bu mötəbər və çox vacib Sammitdə iştirak edəcək”.

 

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa