Azərbaycan referenduma GEDİR? – “Yaxın dövrlərdə...”

media-hightechnic-468x90

“Azərbaycanda referendumla bağlı məsələlər tez-tez gündəmə gəlir. Bu ehtimala müxtəlif şəxslər, ekspertlər, hətta hakim partiyanın aparıcı nümayəndələri də münasibət bildirib”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

O bildirib ki, xüsusi idarəetmə sahəsində konstitusion dəyişikliklərin edilməsi diqqət mərkəzində olub:

“Bir müddət əvvəl Prezident İlham Əliyev də icra hakimiyyətləri ilə bağlı məsələyə münasibət bildirərkən demişdi ki, bu, sovet dövründən qalma və artıq köhnəlmiş strukturdur. Ona görə də yeni idarəetmə metodlarından istifadə olunmalıdır. Hazırda işğaldan azad edilmiş rayonlarda Prezidentin Xüsusi Nümayəndəlikləri fəaliyyət göstərir. Bu strukturun konstitusiyada təsbitinə ehtiyac var. Bundan əlavə, geridə qoyduğumuz dövrlərdə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına müəyyən dəyişikliklər edilib və bu məsələlər ölkənin əsas qanunvericilik sənədində də əksini tapmalıdır. Buna görə də referendum məsələsi gündəmə gəlməlidir”.

A. Əlizadə bildirib ki, əgər seçkilər keçirilərsə, partiya olaraq onlar da müəyyən təkliflərlə çıxış edəcəklər:

“Bir müddət əvvəl 12 siyasi partiya ilə birlikdə sözügedən məsələ ilə bağlı mövqeyimizi ifadə etmişik. Dəyişiklikləri özündə əks etdirən sənəd qəbul olunub. Biz idarəetmədə dəyişiklikləri məqsədəuyğun hesab edirik. Parlamentdə say tərkibinin artırılmasını, proporsional sistemin bərpası ilə qarışıq seçkilərin keçirilməsini təklif etmişik. Hesab edirəm ki, yaxın dövrlərdə Azərbaycanda referendumun keçirilməsi ehtimalı var və bu baş verəcəksə, partiya olaraq konkret təkliflərimizi səsləndirəcəyik”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa