“Azərbaycan Respublikasına qarşı mümkün təhdidlər daim diqqətdə saxlanılır”

media-hightechnic-468x90

eldarmamdududjkadrAzərbaycanın milli maraqlarının qorunmasında və təhlükəsizliyinin təmin edilməsində xüsusi yeri və rolu olan milli təhlükəsizlik orqanlarının yaranmasının 96-cı ildönümü tamam olur.

Milli Təhlükəsizlik Nazirliyinin akt zalında daha geniş tərkibdə keçirilən tədbirdə çıxış edən milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudov ulu öndər Heydər Əliyevin peşəkarlıq ənənələri əsasında müasir təlim-tədris prosesini həyata keçirən bu xüsusi təyinatlı ali təhsil ocağının şəxsi heyətini, kursantları və dinləyiciləri Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 96 illiyi münasibətilə təbrik edib, onlara ölkəmizin milli maraqlarının və təhlükəsizliyinin qorunması naminə təhsildə, məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.

Ötən ilin də ölkəmizin həyatında uğurlu olduğunu bildirən nazir Eldar Mahmudov, dünyada baş verən iqtisadi böhrana baxmayaraq, Azərbaycanın dinamik inkişaf edən və təhlükəsizliyin hərtərəfli təmin olunduğu ölkə imicini qoruyub saxladığını diqqətə çatdırıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: “Keçən il dünyada və bölgədə müxtəlif gərgin proseslər gedirdi. Ancaq Azərbaycan öz sürətli inkişaf tempini saxlaya bilmişdir. Ölkəmizin təhlükəsizliyi təmin edilmiş, iqtisadi və sosial proqramlar icra olunmuşdur. Xalqımız 2014-cü ildə təhlükəsizlik şəraitində yaşamışdır”.

Bildirilib ki, 10 gün əvvəl respublikanın, ümumən regionun həyatında daha bir önəmli tarixi hadisə baş verib. Azərbaycan və Türkiyə dövlət başçılarının səyləri nəticəsində Trans-Anadolu qaz boru kəmərinin – TANAP-ın təməli qoyulub. Bu layihə ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmış uğurlu neft strategiyasının davamı kimi ölkə iqtisadiyyatının, onun qeyri-neft sahələrinin inkişafına, ümumən xalqımızın rifahına xidmət edəcək. Bu isə bir daha göstərir ki, Ulu Öndərin Azərbaycanın hərtərəfli inkişafı üzrə strateji siyasət kursunun alternativi yoxdur. Möhtərəm Prezident İlham Əliyev tərəfindən milli maraqlar naminə uğurla həyata keçirilən siyasi-iqtisadi kurs ölkəni mürəkkəb dövrdə də strateji məqsədlərinə doğru inamla irəli aparır.
Bu gün Azərbaycanın dünya dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri quran etibarlı tərəfdaş ölkə kimi tanındığını bildirən nazir Eldar Mahmudov, Azərbaycanın 2014-cü ilin ikinci yarısında Avropa Şurası Nazirlər Kabinetinə sədrlik etməsini və digər uğurların ölkəmizin artan nüfuzunun nəticəsi olduğunu qeyd edib. Bütün bunlar Azərbaycanın problemlərinə münasibəti də dəyişir. Torpaqlarımızın 20 faizini işğal altında saxlayan Ermənistanın təcavüzkar dövlət və Cənubi Qafqazda təhlükəsizliyə ciddi təhdid mənbəyi olması indi əksər beynəlxalq təşkilatlar və ölkələr tərəfindən qəbul edilir. Artıq dünyanın 14 ölkəsi və ABŞ-ın 16 ştatının qanunverici orqanında Xocalı faciəsi soyqırımı aktı kimi qiymətləndirilib.

General-polkovnik Eldar Mahmudov ötən ilin Milli Təhlükəsizlik Nazirliyi üçün də uğurlu olduğunu, Azərbaycan Respublikasında təhlükəsizliyin etibarlı şəkildə təmin edildiyini, sabitliyin qorunub saxlanıldığını diqqətə çatdırıb.

Milli təhlükəsizlik orqanlarının fəaliyyət istiqamətləri üzrə əldə edilmiş önəmli nəticələr barədə məlumat verən nazir qeyd edib ki, indiki mürəkkəb dövrdə kəşfiyyat fəaliyyətinin səmərəli təşkili mühüm amildir. Ölkəmizə qarşı təhdidlər, düşmən və rəqib dövlətlərin, xarici xüsusi xidmət orqanlarının təxribat-pozuculuq niyyətləri və planları barədə müntəzəm məlumatlar əldə edilib. Eyni zamanda, respublikamıza qarşı kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətlərinin vaxtında aşkar edilməsi üzrə sistemli əks-kəşfiyyat tədbirləri həyata keçirilir. Bu tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb olunaraq, xüsusi tapşırıqları yerinə yetirən 2 nəfər ifşa edilib.

Ermənistan xüsusi xidmət orqanlarının məxfi əməkdaşlığa cəlb etdiyi digər Azərbaycan Respublikası vətəndaşı maddi maraq əsasında ölkəmiz barədə kəşfiyyat xarakterli müxtəlif məlumatlar toplamış və bunu peşə fəaliyyəti ilə pərdələməyə çalışmışdır. Hazırda həmin fakt, eləcə də qeyri-hökumət təşkilatı adı altında Ermənistan xüsusi xidmət orqanları ilə əlaqələri olan daha 2 nəfər ölkə vətəndaşı barəsində müvafiq cinayət işləri üzrə istintaq aparılır.

***

“Vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə maddi maraq zəminində əsasən Türkiyədən deportasiya edilmiş Orta Asiya ölkələrinin vətəndaşlarını Azərbaycandan İrana və Gürcüstana, oradan isə qanunsuz yollarla yenidən Türkiyəyə keçirən bir qrup Azərbaycan vətəndaşı və onların əlaqələrinə dair materiallar əsasında isə istintaq aparılır”.

Bu barədə milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudov məlumat verib.
Silahlı Qüvvələrdə gedən islahatlar və müşahidə olunan müsbət meyildə hərbi əks-kəşfiyyat orqanlarının uğurlu fəaliyyətini qeyd edən general-polkovnik Eldar Mahmudov, bu istiqamətdə nöqsanların vaxtında aşkarlanması və qarşısının alınması üzrə fəaliyyət xəttinin, Müdafiə Nazirliyi və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələr ilə işgüzar əlaqələrin daha da gücləndiyini vurğulayıb.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən terrorçuluq, separatçılıq, dini ekstremizm və ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş digər cinayətkarlıq halları ilə mübarizə üzrə ardıcıl tədbirlər həyata keçirilib. Suriyada hərbi birləşmələrin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş 33 nəfər və Pakistan-Əfqanıstan zonasında fəaliyyət göstərən terrorçu təşkilatın üzvü olan 4 nəfər Azərbaycan Respublikası vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib. Həmçinin müxtəlif növ odlu silah və hərbi ləvazimatla təchiz edilmiş, terror-təxribat xarakterli cinayətlər törətmək niyyətində olan iki radikal dini ekstremist qruplaşmanın 7 üzvü yaxalanıb, dini dözümsüzlük zəminində cinayət törətmiş daha 10 nəfər həbs olunub.

Nazir Eldar Mahmudov son vaxtlar Azərbaycan Respublikası vətəndaşlarının radikal dini ekstremist qrupların və xarici ölkələrdə qanunsuz fəaliyyət göstərən silahlı dəstələrin tərkibində iştirak hallarının artmasının narahatlıq doğurduğunu bildirərək, vəziyyətin belə mənfi təzahürlərlə və ümumilikdə dini zəmində terrorçuluqla mübarizənin cəmiyyətin də yaxından cəlb edilməsi ilə daha səmərəli aparılmasını zəruri etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, son dövrlər regiondakı bəzi dövlətlərin dini dairələri və xüsusi xidmət orqanları ölkəmizdə radikallaşmaya rəvac verməyə çalışırlar. Bu baxımdan, qeyd olunan istiqamətdə, xüsusən, birinci Avropa Oyunları ərəfəsində zəruri qabaqlayıcı kompleks tədbirlər həyata keçirilir, Azərbaycan Respublikasına qarşı mümkün təhdidlər daim diqqətdə saxlanılır(azadinform).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600