Azərbaycan-Rusiya ikitərəfli münasibətləri müzakirə olundu

media-hightechnic-468x90

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov aprelin 9-da Rusiyanın paytaxtı Moskvada işgüzar səfərdə olub.

Bu barədə Yenicag.az-a ölkəmizin Rusiyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində X.Xələfov Rusiyanın xarici işlər naziri Sergey Lavrov, bu ölkə Prezidentinin köməkçisi Yuri Uşakov, Federal Məclisin Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin, xarici işlər nazirinin müavinləri Mixail Qaluzin və Andrey Rudenko ilə görüşlər keçirib.

Görüşlərdə iki ölkə arasında müxtəlif səviyyələrdə konstruktiv dialoqun aparılması yüksək qiymətləndirilib, Azərbaycan-Rusiya əlaqələrinin inkişafı, ikitərəfli və çoxtərəfli müstəvidə, o cümlədən parlamentlərarası təmasların davam etdirilməsinin vacibliyi qeyd olunub.

Həmçinin 2022-ci il 22 fevral tarixli tarixli Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin ikitərəfli gündəliyin təməlini təşkil etdiyi və uzunmüddətli əməkdaşlıq üçün əsaslı zəmin yaratdığı məmnunluqla vurğulanıb.

Bu kontekstdə ikitərəfli münasibətlərin cari vəziyyəti nəzərdən keçirilib, xüsusilə Azərbaycan tərəfinin narahatlığına səbəb olan məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsinə diqqət yetirilib.

Eyni zamanda, Cənubi Qafqaz və Xəzər regionunda davamlı sabitliyin və təhlükəsizlik mühitinin möhkəmləndirilməsi sahəsində birgə səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Görüşlər konstruktiv və işgüzar mühitdə baş tutub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600