!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-Rusiya münasibətlərində GƏRGİNLİK – “Moskva həlak olanların qanını batırmaq istədi”

!Reklam – Yazi

“Azərbaycan Rusiya ilə münasibətlərinə çox ciddi korrektələr etməyə məhkumdur”.

Bu fikri Rusiya və Azərbaycan arasındakı gərginlik, mətbuat üzərindən aparılan informasiya müharibəsini Yenicag.az-a dəyərləndirən müstəqil siyasətçi Zəlimxan Məmmədli deyib.

Onun sözlərinə görə, Rusiya və İrandan Azərbaycana xeyrə əl uzadılmayıb:

“Son 200 ildə Azərbaycana İran və Rusiyadan xeyrə əl uzanmayıb, yaxın zamanda da uzanması gözlənilmir. O vaxtı Azərbaycanı nə cür bölmüşdülərsə, indi də hər ikisi o düşüncədə qalırlar. Azərbaycanın varlığı, suverenliyi, atributları, dili onlar üçün qəbuledilməzdir. Azərbaycanın dik duruşu, demokratiyaya inteqrasiya etməsinin qarşısında ən böyük xof sözügedən dövlətlərdir. Suriyadan sıxışdırılan Rusiya və İran birləşərək hədəf olaraq Azərbaycanı götürüblər”.

Z. Məmmədlinin fikrincə, birinci dəfə idi ki, Rusiyanın Azərbaycana qarşı basqılarına Prezident səviyyəsində mövqe ifadə olundu:

“Rusiya təyyarə qəzası ilə bağlı nəinki günahını boynuna aldı, əksinə, Moskva həlak olanların qanını batırmaq istədi. Azərbaycan mediası da bunu tirajladı. Azərbaycan çox ciddi yol ayrıcındadır. Ola bilər ki, diplomatik manevrlər olsun, nisbətən sakitləşmə olsun, ancaq Azərbaycan Rusiya ilə münasibətlərinə çox ciddi korrektələr etməyə məhkumdur”.

“Azərbaycanın təbii dostu Türkiyə və Türk Dövlətlər Təşkilatıdır. Azərbaycanın düşmənləri isə İran və Rusiyadır. Azərbaycan dostunun və düşmənini adını çəkməlidir. Dostumuzla, düşmənimizi müəyyən edib, siyasi kursumuzda çox ciddi korrektələr etməliyik”, – deyə o fikirlərini yekunlaşdırıb.

Səxavət Məmməd

www.yenicag.az

220
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv