Azərbaycan-Rusiya sərhədində genişmiqyaslı əməliyyatlar başlayıb

media-hightechnic-468x90

de833e56ec5c05a617480f857898832dAzərbaycanın Rusiya ilə sərhəd rayonlarında genişmiqyaslı əməliyyatlara başlanıb.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, əməliyyatlar Azərbaycanın şimal və şimal-qərb bölgəsini əhatə edir. “Sərhəd-sipər” şərti adı altında keçirilən əməliyyatlarda Azərbaycanın daxili işlər orqanları ilə yanaşı, Rusiyanın hüquq-mühafizə orqanları da iştirak edir.

Yerli sakinlərin APA-ya verdiyi məlumata görə, aparılan əməliyyatlara bağlı Balakən, Qax və Şəki rayonlarında xüsusi polis postları qurulub. Polis əməkdaşları tərəfindən rayona girən və çıxan avtomobillər yoxlanılır.
Hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, məlum əməliyyatlar Rusiya ilə Azərbaycan tərəfinin birgə əldə etdiyi razılaşmaya əsasən aparılır. Əməliyyatın keçirilməsində əsas məqsəd hər iki dövlətin sərhədyanı ərazilərində transmilli mütəşəkkil cinayətkarlığa, qanunsuz miqrasiyaya, narkotiklərin, qanunsuz silah-sursatın dövriyyəsinə qarşı mübarizə aparmaqdır.

Əməliyyatlar mayın 23-dək davam edəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600