Azərbaycan səfirliyinin maşını qəza törətdi – FOTO

media-hightechnic-468x90

160024_src ukraynaAzərbaycanın Ukraynadakı səfirliyinin xidməti avtomobili Kiyevdə zəncirvari yol qəzasına düşüb.

Yenicag.az Oxu.Az-a istinadən xəbər verir ki, Naberejno-Kreşatitskaya küçəsində Poçtovaya meydanından Podola rayonu istiqamətində baş verən qəza zamanı dörd maşın toqquşub.

Səfirliyə məxsus “Opel” markalı avtomobil hərəkətdə olarkən arxadan “VAZ” markalı maşına çırpılıb. Zərbənin gücündən “VAZ” yol kənarında park edilmiş daha iki nəqliyyat vasitəsinə dəyib.

Xilasedicilər yerə dağılan yanacağın alovlanmasının qarşısını almaq üçün asfalta su töküblər.

“VAZ”ın sürücüsünə və “Opel”in sərnişinə hadisə yerində ilkin tibbi yardım göstərilib. Onlar xəstəxanaya yerləşdirilməkdən imtina ediblər.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600