!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycan separatçı rejimin liderlərini ciddiyə almır" - Politoloq

!Reklam – Yazi

“Azərbaycan separatçı rejimin liderlərini ciddiyə almır”.

Bu sözləri Qarabağ ətrafında gedən prosesləri şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, Moskva Azərbaycanla Ermənistan arasında yaxınlaşmadan narahatdır:

“Rusiya görür ki, Azərbaycanla Ermənistanın mövqeləri tədricən yaxınlaşır. Sülh sazişi bağlamağa yaxındırlar, mövqeləri razılaşdırırlar.

Son çarə Qarabağdakı separatçı rejimin liderlərini təhrik etməkdir ki, barışmaz mövqe ortaya qoyaraq Azərbaycanı hədələsinlər.

Azərbaycan isə heç onları ciddiyə belə almır. Burada siyasi oyunlar gedir. Bu işlərə soyuqqanlı, sakit baxmaq lazımdır. Vaxt gələr, məcbur olub danışığa gedərlər. Sirkə nə qədər tünd olsa, öz qabını sındırar”.

Səxavət Məmməd

www.yenicag.az

306
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv