Azərbaycan UEFA reytinqində mövqeyini möhkəmlətdi
Azərbaycan UEFA Konfrans və Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqindəki mövqeyini möhkəmlədib.
Yenicag.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, əmsallarının sayını 18.750-yə çatdıran Azərbaycan 28-ci sırada qərarlaşıb.
Hazırda Ukrayna 19.225 xalla 27-ci, Rusiya isə 18.299 xalla 29-cu pillədə yer alır.
Çempionlar Liqasında çıxış edən “Qarabağ” evdə İrlandiyanın “Şelburn” klubunu minimal hesabla məğlub edib – 1:0. Dublindəki 3:0 hesablı qələbədən sonra növbəti mərhələyə vəsiqə qazanan Ağdam təmsilçisi bu raundda Şimali Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşacaq.
UEFA Konfrans Liqasında isə “Sabah” səfərdə 2:0 hesabı ilə məğlub etdiyi Moldova təsmilçisi “Petrokub”u cavab qarşılaşmasında da üstələyib – 4:1. Bakı klubu növbəti mərhələdə Bolqarıstanın “Levski” kollektivini sınağa çəkəcək.
“Araz-Naxçıvan” Yunanıstanda “Aris”lə 2:2 hesablı heç-heçə edib. Bakıda rəqibini 2:1 hesabı ilə üstələyən Naxçıvan klubu iki oyunun nəticəsinə görə növbəti mərhələyə yüksəlib və Kipr “Omoniya”sına rəqib olub.
“Zirə” isə səfərdə Xorvatiya “Hayduk”u ilə qarşılaşmanın əlavə vaxtında 1:2 hesabı ilə uduzub. Bakıdakı ilk matçda 1:1 hesablı bərabərlik qeydə alındığı üçün bu nəticə “qartallar”ı avrokuboklardan kənarda qoyub.