Azərbaycan vasitəsilə yükdaşımalar 90% ARTDI – 2030-la bağlı BÖYÜK HƏDƏF

media-hightechnic-468x90

Prezident İlham Əliyevin Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Orta Dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes Forumunun iştirakçılarına müraciəti mühüm və məqsədyönlü mesajlarla zəngin idi. Dövlətimizin başçısı Orta Dəhlizi “Avropanı Xəzər dənizi vasitəsilə Asiya ilə birləşdirən etibarlı və təhlükəsiz marşrut” kimi səciyyələndirərək, onun regional logistika xəritəsində uğurlu və perspektivli bir istiqamət olduğunu vurğuladı.

Bunu AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.

media-img_0237

Ölkə Prezidentinə istinad edən siyasi şərhçi bildirib ki, son üç ildə Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb, yüklərin keçid müddəti əhəmiyyətli dərəcədə azalıb. Bu rəqəm texniki və logistik uğurların vurğulanması ilə yanaşı, gələcəkdə daha böyük nailiyyətlərin hədəflənməsi mesajını verir. Prezident İlham Əliyev 2030-cu ilədək Orta Dəhlizin yükdaşıma qabiliyyətinin 2021-ci illə müqayisədə 3 dəfə artacağının, yüklərin keçid müddətinin isə 2 dəfə azalacağının gözlənildiyini diqqətə çatdırıb. Bu rəqəmlər investorlar üçün risklər və perspektivlər arasında aydın şəkildə müqayisə imkanı yaradaraq, layihənin potensialını sərgiləmiş olur.

“Dövlətimizin başçısı “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) ilə də bağlı məqama toxunaraq bu marşrutun Orta Dəhlizin növbəti mühüm seqmentinə çevriləcəyinə inandığını bəyan edib. Bu layihə yalnız nəqliyyat əlaqəsi deyil, həm də enerji resurslarının, elektrik enerjisinin ixracı, bərpaolunan enerji və fiber-optik xətlərin ötürülməsi üçün imkanlar açacaq. Marşrutun reallaşması yalnız iqtisadi dividendlər gətirməyəcək, həm də regionda siyasi inteqrasiyanı və regional nəqliyyat mərkəzi imkanlarını gücləndirəcək və möhkəmləndirəcək”, – deyə Ülviyyə Zülfiqar diqqətə çatdırıb.

O, sonda qeyd edib ki, Prezident İlham Əliyevin müraciətində əksini tapan istiqamətlər ümumilikdə Azərbaycanın Orta Dəhliz layihəsi ilə bağlı yalnız regional tranzit və logistika şəbəkəsi kimi deyil, regionun siyasi-iqtisadi inteqrasiyası ilə bağlı hədəfləri olduğunu bir daha nümayiş etdirdi.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa