Azərbaycan və Belarus arasında sənaye sahəsində əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı

media-hightechnic-468x90

Belarusla maşınqayırma və müxtəlif təyinatlı sənaye məhsullarının istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

media-banner_tkm

Bu barədə Yenicag.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Belarusun sənaye naziri Andrey Kuznetsov ilə görüşüb.

Görüşdə Azərbaycan və Belarus iqtisadi əlaqələrinin cari vəziyyəti təhlil olunub, xüsusilə sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı maşınqayırma və müxtəlif təyinatlı sənaye məhsullarının istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları diqqət mərkəzində olub. Bu çərçivədə Ağdam Sənaye Parkı ərazisində istehsal müəssisəsinin qurulması perspektivləri nəzərdən keçirilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05