Tanınmış aktyor: "Üzlü olub qabağa getmək mənlik deyil"

media-hightechnic-468x90

 

media-banner_tkm

“Üzlü olub qabağa getmək, hər yerdə özünü gözə soxmaq mənlik deyil”.

Bunu Yenicag.az-a açıqlamasında tanınmış aktyor Allahverdi Yolçuyev deyib.

Aktyor “Bu sənətdə hansı daha önəmlidir: şans, istedad, yoxsa “üzlü olub, qabağa getmək” sualını cavablandırıb:

“Üzlü olub qabağa getmək, hər yerdə özünü gözə soxmaq mənlik deyil. Xarakterim buna yol verməyib. Amma bu gün çoxdur belə insanlar. Baxırsan sənət, istedad yoxdur, amma hər işdə öndə gedir. Tək sənət cameəsində deyil, hər sahədə var belə adamlar. Mənə görə istedad birinci yerdə dayanır. İstedad anadangəlmə olur, bəzən də hansısa rejissor tərəfindən kəşf olunur, üzə çıxarılır. Şans belədir ki, hər adamda olmur. Bəzən şans gəlir, amma onu əldən verirsən. Gərək şansını da zamanında dəyərləndirməyi bacarasan. İstedad mütləqdir. Tamaşaçı onsuz da yaxşı görür kim istedadlıdır, kim şanslıdır, kim də sadəcə olaraq üzlü olub qabağa gedib”.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05