“Təbii olaraq bu proses çərçivəsində tərəflərin bir-biri ilə müəyyən məsələlər çərçivəsində razılaşmaları vacibdir”.
Bunu Yenicag.az-a açıqlamasında Ermənistanla Azərbaycan arasında başlayan delimitasiya prosesinin verəcəyi nəticələrdən danışan politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, Ermənistanın qətiyyətli mövqe sərgilməsi prosesin davam etdirilməsi üçün vacib amillərdən biridir.
“İlk mərhələdə tərəflər sülh çərçivə sazişini imzalaya bilərlər. Təbii olaraq bu proses çərçivəsində tərəflərin bir-biri ilə müəyyən məsələlər çərçivəsində razılaşmaları vacibdir. İkinci mərhələdə isə müzakirələr aparılaraq yekun nəticənin əldə edilməsi mümkündür”, – deyə o bildirib.
Politoloq qeyd edib ki, razılaşmaların necə və hansı formada olacağını isə proseslərin gedişatı göstərəcək:
“Ancaq bir halda ki, tərəflər arasında delimitasiya və demarkasiya məsələsi ətrafında işlər başlanıb, deməli, nəticə əldə etmək realdır”.
Nəsimi Ələsgərli
www.yenicag.az