Azərbaycan və Ermənistan itkin düşənlərin birgə axtarışı barədə razılığa gəldi

media-hightechnic-468x90

Azərbaycan və Ermənistan itkin düşmüş şəxslərin birgə axtarışı barədə razılığa gəliblər.

Yenicag.az xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan məlumat verib.

Qeyd edək ki, bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti Ermənistan və Azərbaycanın əsirlər, girovlar və itkin düşmüş şəxslərlə bağlı komissiyalarının nümayəndələrinin iclas keçirdikləri barədə məlumat yayıb.

“Bəli, görüş baş tutub. Bu, ikinci görüşdür. İtkin düşmüş şəxslərin taleyi və mümkün axtarış tədbirləri ilə bağlı məsələlər müzakirə olunub. Bu işin davam etdirilməsi ilə bağlı ilkin razılıq əldə olunub. Görüşü müsbət qiymətləndirirəm”, – Abazyan bildirib.

MTX rəhbəri məhbusların geri qaytarılmasının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, onlar ən qısa zamanda nəticələrin əldə olunmasında maraqlıdırlar.

Xatırladaq ki, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün Azərbaycan və Ermənistan komissiyalarının əvvəlki iclası fevralın 7-də baş tutub./Unikal/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600