!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan və Hindistan arasında Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

!Reklam – Yazi

25-26 oktyabr tarixlərində Bakıda Azərbaycan və Hindistan arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçiriləcək.

Yenicag.az xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi hazırlıqlara başlayıb.

Qeyd edək ki, Hökumətlərarası Komissiyanın 5-ci iclası 2018-ci ilin oktyabr ayında Nyu Dehlidə keçirilib. İclasda iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlığın statusu nəzərdən keçirilib, ətraf mühitin mühafizəsi, investisiya, nəqliyyat, enerji, maliyyə, mədəniyyət, əczaçılıq, kənd təsərrüfatı, heyvandarlıq, rabitə və informasiya texnologiyaları və dağ-mədən sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Sonda Azərbaycan və Hindistan arasında Hökumətlərarası Komissiyanın 5-ci iclasının yekunlarına dair Protokol və 2019-2023-cü illər üzrə Mədəni Mübadilə proqramı imzalanıb.

Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfdən həmsədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevdir.

www.yenicag.az

217
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv