Azərbaycan və Türkiyə arasında əməkdaşlıq müzakirə olundu

media-hightechnic-468x90

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 29-da ölkəmizdə səfərdə olan Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Fəxrəddin Altunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Yenicag.az-a Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirilib.

Milli Məclisin sədri qonağı bu vəzifəyə təyin olunması münasibətilə təbrik edərək, ona uğurlar arzulayıb.

Görüşdə Azərbaycan və Türkiyə arasında münasibətlərin əsasında xalqlarımızın ortaq tarixi, dili, dini, milli-mənəvi dəyərlərinin dayandığı, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını rəhbər tutan ölkələrimizin daim bir-birinin yanında olduğu bildirilib. Qeyd olunub ki, bu gün dövlət başçılarımızın qarşılıqlı hörmət və etimada əsaslanan qardaşlıq münasibətlərinin nəticəsidir ki, dövlətlərarası münasibətlər müttəfiqlik səviyyəsinə çatıb.

Söhbət zamanı spiker Sahibə Qafarova Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında da geniş əlaqələrin mövcud olduğunu, parlamentlərimizin həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində uğurla əməkdaşlıq etdiyini qeyd edib.

Görüşdə Ombudsmanla Milli Məclis arasında sıx əməkdaşlığın mövcud olduğu diqqətə çatdırılıb. Həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ilə Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu arasında sıx əməkdaşlığın olması da təqdirəlayiq hal kimi qiymətləndirilib.

Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Fəxrəddin Altun Azərbaycanın qazandığı uğurlardan, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən məmnunluqla danışıb. O, bildirib ki, müasir dövrdə dünyada hökm sürən ikili standartlar beynəlxalq səviyyədə əməkdaşlığımızı daha da gücləndirməyə və buna qarşı birgə fəaliyyətimizi artırmağa sövq edir.

Görüşdə insan hüquqları sahəsində beynəlxalq əməkdaşlığın vacibliyi qeyd edilib, bu sahədə qanunverici orqanların mühüm rolu vurğulanıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa