!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan vətəndaşı olmaq istəyən ERMƏNİLƏR: "Təhlükəli məqam ondan ibarətdir ki..."

!Reklam – Yazi

“Hazırda Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazidəki yüksəkliklər bizdədir”.

Bunu Qarabağda keçirilən son hərbi əməliyyat və erməni tərəfinin səsləndirdiyi sərsəm fikirləri dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.Tərlan Eyvazov bildirib ki, ermənilərin hərəkətliliyi və rusların davranışı tam ovcumuzun içindədir:

“Baş Qərargahın hazırladığı plan əsasında və ölkə rəhbərliyinin göstərişi ilə mərhələli şəkildə Qarabağda nəzarəti ələ alma prosesi tam şəkildə həyata keçirilir. Qışda Ağdam ətrafındakı Fərrux yüksəkliyini nəzarət altına götürdük. Ondan sonra isə digər yüksəkliklər nəzarətə götürüldü. Bu əməliyyatların sonuncusu isə Buzdux oldu.

Birinci Qarabağ müharibəsinin canilərindən olan Balasanyan şəxsən özü ermənilərin Laçından köçürülməsini rəhbərliyə başa saldı. Onlar arxayın idilər ki, məsələni uzada biləcəklər, Rusiyanın Ukrayna cəbhəsində vəziyyəti dəyişə və Qarabağda istədiklərinə nail ola bilərlər. Bu olmadı, ola da bilməzdi. Azərbaycan tərəfi hər şeyi ciddi nəzarətdə saxlayırdı. Azərbaycanın erməni tərəfinə qarşı hər hansı silahlı fəaliyyət keçirmək niyyəti yox idi. Çox təəssüf ki, erməni tərəfi nəinki cığallıq etdi, hətta bizim tərəfə atəş açdı. Hər vəziyyətə Azərbaycan ordusu hazır idi. Atəş açan tərəf yerindəcə məhv edildi, oradakı mövqelərin hamısı nəzarətimizə götürüldü.

Oradakı qondarma qurum qazandıqlarını, xaricdən gələn pulları əldən buraxmamaq üçün insanların başını aldadır. Azərbaycan tərəfinin konkret təklifi var ki, kim ki əvvəldən orada yaşayıb, onlar Azərbaycan vətəndaşlığını qəbul edib qala bilərlər. Təhlükəli məqam ondan ibarətdir ki, erməni mətbuatı 7 ailənin Qarabağda məskunlaşacağını iddia edir, yerdə qalanları isə Ermənistana gedəcək. Bizim mətbuat da onların yazdığını tirajlayır. Əslində, qınamıram da, mətbuatımızın vəziyyəti bəllidir. Nə ora çıxış imkanı var, nə də araşdırma. Əslində, erməni tərəfinin yaydığı məlumata inanmıram. Onlar Zabux kəndində və Laçında yaşayan erməniləri Qarabağın ərazisinə, Xankəndi və ətrafına köçürməkdə israrlı olacaqlar. Orada çoxlu sayda boş ev var. Bunun qarşısı alınmalıdır. Bilirəm ki, Azərbaycan dövlətində dəqiq məlumat var. SSRİ-nin tərkibində olanda kimin orada yaşaması ilə bağlı arxiv sənədləri var. Arxiv sənədlərinə görə, kim əvvəldən orada yaşayıbsa, onlara qalmaq hüququ vermək olar, kənardan gələnlərə isə orada yaşama hüququ verilməməlidir”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

1253
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv