Azərbaycan yığması Monteneqroya uduzdu

media-hightechnic-468x90

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasında üçüncü oyununu keçirib.

Yenicag.az xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan yığma Monteneqro seçməsinin qonağı olub. Nikşiç şəhər stadionunda təşkil olunan qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Millimizin qolunu 54-cü dəqiqədə Manə Mollayeva vurub. Meydan sahibləri isə əsas vaxta əlavə olunmuş dəqiqələrdə məğlubiyyətdən qaça biliblər. Bu nəticədən sonra xallarını 5-ə çatdıran komandalar müvafiq olaraq 1-2-ci yerləri bölüşdürür.

Qeyd edək ki, yığmamız qrupda son matçını mayın 30-da Bakıda Litvaya qarşı keçirəcək. Monteneqro isə Litva ilə səfərdə qarşılaşacaq. Qrup qalibinin adına məhz son turda aydınlıq gələcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600