Azərbaycana gələcək ermənilərin adları açıqlandı
Bakıda Avropa Oyunlarında iştirak edəcək erməni cüdoçular, atıcılıq və boks üzrə Ermənistanı təmsil edən nümayəndələrinin adları bəlli olub.
Ermənistanı pnevmatik tüfənglə atıcılıq üzrə Qraçik Babayan, pnevmatik tapança üzrə isə Norayr Arakelyan təmsil edəcək. Cüdoçulardan isə Bakıya Oqanes Davtyan (60 kq), David Nikoqosyan (73 kq) və Janna Stankeviç (52 kq) gələcək.
I Avropa Oyunlarında iştirak edən erməni boksçuları:
Artem Aleksanyan – 49 kq
Narek Abqaryan – 52 kq
Aram Avakyan – 56 kq
Samvel Barseqyan – 60 kq
Oqanes Baçkov – 64 kq
Nikol Artunyan – 81 kq
Qeyd edək ki, I Avropa Oyunları iyunun 12-dən 28-nə kimi davam edəcək(aznews).