Azərbaycana gələn əcnəbilərin sayı artıb

media-hightechnic-468x90

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin l yarımilində ölkəyə daxil olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı 6 faiz artıb.

Yenicag.az-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu ilin 6 aynın nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu ilin yanvar-iyun aylarında ölkədə müvəqqəti yaşayanlarda 0.4 faiz, iş icazəsi alanlarda 14 faiz, qaçqın statusu üçün müraciətlərdə 53 faiz artım müşahidə olunur.

V.Hüseynov əlavə edib ki, bu müddət ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı qəbul edilən qərarların sayında 34 faiz azalma var:

“Qurum tərəfindən vətəndaş məmnunluğu sahəsində görülən işlərin nəticəsidir ki, müraciətlərin sayında 8 faiz azalma qeydə alınıb. Hesabat dövründə “Çağrı mərkəzi”nə daxil olmuş zənglərin sayı isə 53.303 olub”.

media-ziraat-728x90

Azərbaycana gələn əcnəbilərin sayı artıb

media-hightechnic-468x90

1373370760_ecnebiler-qovulduBu ilin əvvəli ilə müqayisədə iyunun 1-i tarixinə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 8,3 faiz artıb.

Yenicag.az azvision.az-a istinadən xəbər verir ki, may ayı ərzində əlavə olaraq 741 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı 24 393 nəfərə yüksəlib.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 88,75 faizini (21 649 nəfər) kişilər, 11,25 faizini (2 744 nəfər) isə qadınlar təşkil edir.

Ümumilikdə 104 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (12 702 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 2 699 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1 403 nəfərə çatıb.

Sonrakı yerlərdə İran İslam Respublikası (924), Çin Xalq Respublikası (808), Hindistan (758), Pakistan İslam Respublikası (491), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (410), Banqladeş Xalq Respublikası (308), Ukrayna (307), Özbəkistan (253), Almaniya Federativ Respublikası (214), ABŞ (208), Filippin Respublikası (205), Türkmənistan Respublikası (195), Qazaxıstan Respublikası (176), İtaliya Respublikası (172), Koreya (155) və s. ölkələr qərarlaşıb.

2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi həyata keçirilməkdədir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600