Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Azərbaycana gələn əcnəbilərin sayı artıb” - DMX rəisi

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari ilə görüşüb.

DMX-dan Yenicag.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və İtaliya arasında miqrasiya sahəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.

V. Hüseynov bildirib ki, Azərbaycana gələn əcnəbilərin sayı artıb. O, əcnəbilərin rahatlıqlarının təmin edilməsi məqsədilə miqrasiya qanunvericiliyinin sadələşdirilməsi istiqamətində işlərin davam etdirildiyini bildirib.

Səfir A. Massari ölkələr arasında əməkdaşlıq münasibətlərinin böyük uğurla davam etdiyini və bu əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.

www.yenicag.az

955
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100