Azərbaycana kərə yağı idxalı ilk dəfə 100 milyon dolları keçdi

media-hightechnic-468x90

2022-ci ildə Azərbaycana 108 milyon 181 min dollar dəyərində 18 min 562 ton kərə yağları idxal olunub.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Vəziyyəti Haqqında aylıq hesabatında bildirilir.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycana 78 milyon 856 min dollar dəyərində 15 min 34 ton kərə yağları idxal olunmuşdu. Beləliklə, kərə yağları idxalı dəyər ifadəsilə 37,1%, miqdar ifadəsilə 23,5% artıb.

Bir ton kərə yağının orta idxal qiyməti 2021-ci ildəki 5 min 245 dollardan 2022-ci ildə 5 min 828 dollara yüksəlib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05