Azərbaycana qarşı hədələrə Milli Məclisdən REAKSİYA: "Ukraynada rəzil olanlar Azərbaycanı hədələyə bilməz"

media-hightechnic-468x90

“Rusiyanın öz hüdudlarından kənara çıxmaq imkanları da o qədər geniş deyil”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

O, rusiyalı politoloq Aleksandr Duqin və teleaparıcı Vladimir Solovyovun keçmiş sovet ölkələrinin müstəqil olmaması ilə bağlı cümlələr dilə gətirməsi, həmçinin Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Deputat qeyd edib ki, bu söhbətlər elə də ciddi söhbətlər deyil.

“Bunlar təbliğat məqsədi daşıyan, başqalarını qorxutmaq, Rusiyanın gücü və digər məsələlərlə bağlı ortaya atılan fikirlərdir. Ukraynada kiçik bir əməliyyatı belə həyata keçirmək qabiliyyətində olmayan bir ölkənin, yalnız vəhşicəsinə dağıntılar törətməklə məsələni həll etməyə çalışan yanaşmasına, açığı, bu istiqamətdə ciddi yanaşmaq mümkün deyil. İndiki geosiyasi vəziyyət xeyli dəyişib. Rusiyanın öz hüdudlarından kənara çıxmaq imkanları da o qədər geniş deyil”, – deyə o bildirib.

Ətraflı videomaterialda:

Nəsimi Ələsgərli

Samir Məcidov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa