Azərbaycana qarşı olan ekspertə cinayət işi açıldı

media-hightechnic-468x90

İranda müxtəlif televizya kanalları, media və konfranslarda Azərbaycan Respublikasına qarşı davamlı qərəzli çıxışları ilə məşhur olan Əli Əkbər Rafeipur barədə cinayət işi açılıb.

Yenicag.az xəbər verir ki, bu barədə İran məhkəmə sisteminin “Mizan” saytı məlumat yayıb.

Məlumata görə, o, “yalan məlumatlar yaymaqla ictimai rəyi çaşdırmaq”da günahlandırılıb.

Onun xeyriyyə işləri adı altında vətəndaşlardan külli miqdarda vəsait topladığı haqda da məlumatlar var.

Qeyd edək ki, İranda antiazərbaycançı kimi tanınan Əli Əkbər Rafeipur Ermənistanı qorumaq üçün İranın bu ölkəyə ordu göndərməsini təklif etmişdi.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.07.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa