Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanverən 169 nəfərdə virus aşkarlanıb.
Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, Aşura günü ilə əlaqədar keçirilən aksiyalarda 5 min 809 nəfər könüllü olaraq qan verib.
Bu şəxslərdən 2 min 614.1 litr qan tədarük olunub.
4 infeksiyaya görə Mərkəzi Qan Bankında aparılan müayinələr zamanı 169 nəfərdə virus aşkar olunub.
HİV1/2 (QİÇS) virusu aşkarlanmayıb, 44 nəfərdə HbsAg (Hepatit B), 76 nəfərdə HCV (Hepatit C), 49 nəfərdə isə Sifilis aşkar olunub. Virus aşkar olunan nümunələr istifadədən kənarlaşdırılıb və müvafiq gaydalara uygun olarag zərərsizləşdirilib.