Fərhad Əhmədov öncə işlədib maaşlarını vermədi - Sonra da belə təhqir etdi - SƏS YAZISI
“AzNar” MMC-nin rəhbəri Fərhad Əhmədov İsmayıllı sakinlərini işlədib, ancaq ödəniş etməyib.
Yenicag.az xəbər verir ki, bu barədə Aztimes.az məqalə yayınlayıb. Saytın yazdığına görə İsmayıllı rayonunun Kürdmaşı kəndininh bir qrup sakin iddia edir ki, “AzNar” MMC-nin rəhbəri Fərhad Əhmədov onları işlədib, lakin əmək haqqı ödəməyib. Sakinlər bir müddətdir ki, bu məsələnin həllini gözləyirlər.
Kürdmaşı kənd sakini Eşqin Nəcəfli deyib ki, atasına məxsus borcu tələb etdikdə Fərhad Əhmədov ona “WhatsApp” üzərindən səs göndərib ki, “mənim heç kimə borcum yoxdur” və nalayiq söyüş söyüb.
“Sakinlərin haqlı tələblərinin diqqətə alınması və onların hüquqlarının qorunması vacibdir,” – Eşqin Nəcəfli əlavə edib.












