“Bolt”dan bir dəfə istifadə edəndə kartdan 2 dəfə pul çıxır?
Son zamanlar sosial şəbəkələrdə Bolt xidmətindən istifadə edən vətəndaşların kartlarından icazəsiz və təkrar vəsait çıxılması ilə bağlı paylaşımlar artıb. İddialara görə, bəzi hallarda kart tətbiqdən silinsə belə, hesabdan yenidən pul çıxılması kimi hallar qeydə alınıb.
Məsələ ilə bağlı “Bolt” taksi şirkətindən Axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, kartdan təkrar vəsait çıxılması halları əsasən bank prosesi ilə əlaqədar olur.
“Bəzi hallarda eyni məbləğ bir neçə dəfə çıxılmış kimi görünə bilər və tranzaksiya tarixçəsində eyni gediş, eyni vaxt göstərilsə də, vəsait fərqli zamanlarda silinir. Bu cür hallar banklarla birgə araşdırılaraq həll edilir”, – məlumatda bildirilib.












