!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda 2024-cü ilin ƏSAS SİYASİ HADİSƏSİ: “7 fevral seçkilərində kimin qalib gələcəyi...”

!Reklam – Yazi

“Digər sahələrdə də dəyişikliklərə gedilməsi Azərbaycanın növbəti 7 ildə yüksək sürətlə inkişafını təmin edə bilər”.

Bu fikirləri prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü il fevralın 7-nə növbədənkənar prezident seçkilərinin təyin edilməsini dəyərləndirən politoloq Abutalıb Səmədov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, İlham Əliyev 2018-ci il prezident seçkilərinə ölkədəhəyata keçirilən islahatların daha da dərinləşdirilməsini nəzərdə tutan proqramla qatılmışdı:

“Ancaq 44 günlük müharibə və ondan sonrakı dövrdə Qarabağda Azərbaycanın suverneliyinin tam bərpası isitqamətində aparılan işlər, işğaldan azad olunmuş ərazilərdə bərpa-yenidənqurma işlərinin başlanması islahatlar proqramının icrasına da təsirsiz ötüşmədi.

Qarabağda əldə olunan qələbə və Azərbaycanın bütün ərazilərində suverenliyinin tam təmin olunmasındanm sonra prezident seçkilərinin vaxtından əvvəl keçirilməsi ilk öncə islahatların daha da dərinləşdirilməsi kursunun intensivləşməsinə xidmət edəcək.

Bütün sahələrdə ciddi islahatların aparılamsına ehtiyac var. Bu zərurəti İlham Əliyev də dəfələrlə qeyd edib. İnzibati ərazi bölgüsü sahəsində islahatların keçirilməsi son dərəcə vacibdir. Əlavə olaraq, digər sahələrdə də dəyişikliklərə gedilməsi Azərbaycanın növbəti 7 ildə yüksək sürətlə inkişafını təmin edə bilər.

Fevralın 7-si keçiriləcək növbədənkənar prezident seçkilərində kimin qalib gələcəyi heç kimdə şübhə doğurmur. Bu qələbədən sonra İlham Əliyev əsas diqqətini Azərbaycanda islahatların daha da dərinləşdirilməsinə yönəldəcək”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

317
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv