Azərbaycanda 3000 min qadına müavinət verildi

media-hightechnic-468x90

21b3602b-e716-4c04-816f-18eb5be0ab2a_292Valideynlərini itirən və valideyn himayəsindən məhrum olan uşaqların 471 nəfər qəyyumuna aylıq müavinət verilib. Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bununla yanaşı, şəhid ailələrinin, müharibə əlillərinin, I və II qrup Çernobıl AES əlillərinin və müddətli hərbi xidmət qulluqçularının 9,7 min ailəsinə 18,8 min uşaq üçün aylıq müavinət verilib. Bundan əlavə, 5 913 nəfər bir yaşadək uşağa görə 5 798 ailəyə sosial müavinət verilib.
Aprel ayının 1-i vəziyyətinə beşdən çox uşağı olan 3 min qadına 8,8 min uşaq üçün müavinət verilib.
Əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində 478 zərərçəkən kompensasiya alıb. Bununla yanaşı, 32036 nəfərə, o cümlədən 25 967 uşağın doğulmasına görə, 4 026 nəfərə radiasiya qəzası nəticəsində əlil olan şəxslərin müalicəsi üçün, 1 488 nəfərə penitensiar müəssisələrində cəza çəkməkdən azad edilmiş şəxslərə və həyatını itirən 555 nəfərin dəfni üçün birdəfəlik müavinət verilib.
2015-ci ilin 3 ayı ərzində Azərbaycan qarşısında xüsusi xidmətlər göstərən 53 min nəfər aylıq təqaüd alıb. Cari ilin aprel ayının 1-i vəziyyətinə ölkədə 111,1 min aztəminatlı ailənin 486 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alıb və bu yardımların bir nəfərə düşən orta aylıq məbləği 32,81 manat təşkil edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600