Azərbaycanda 5 BOKT-un vəzifəli şəxsləri məsuliyyətə cəlb olunub

media-hightechnic-468x90

Beş Bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb olunub

media-banner_tkm

Yenicag.az  xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.Məlumata görə, Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq:

Bank Olmayan Kredit Təşkilatı “Azkredit” ASC-nin vəzifəli şəxsi 1 500 manat, “ASEL Kredit” Bank Olmayan Kredit Təşkilatı MMC-nin vəzifəli şəxsi 3 000 manat, “FİNOKO” Bank Olmayan Kredit Təşkilatı ASC-nin vəzifəli şəxsi 4 500 manat, “TBC Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-nin vəzifəli şəxsi 6 000 manat, “PSG Finans” Bank Olmayan Kredit Təşkilatı MMC-nin vəzifəli şəxsi 6 000 manat məbləğində cərimə edilib.

Bildiririk ki, qeyd olunan pozuntular müvafiq təşkilatların maliyyə dayanıqlığına təsir etməyib./APA/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05