Azərbaycanda ağır yol qəzası – Xəsarət alanlar var

Cəlilabad rayonunda yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hadisə nəticəsində 1995-ci il təvəllüdlü Bəşirov Elməddin Bilal oğlu və 1988-ci il təvəllüdlü Əsədov Şahin Aydın oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların Cəlilabad rayon sakinləri olduqları bildirilib.

Faktla bağlı araşdırma aparılır.