“İlanla yola gedən” Xalq artistinin "AT"DAN GÖZLƏNTİSİ: “Başını sığalla, hara istəyirsən, çap”
“Belə bir deyim var ki, mən ilanla da yola gedən adamam. Əsas odur ki, ilanın quyruğu tapdalamasan. Əgər tapdalasan, qayıdıb səni çalacaq. Mən də heç vaxt ilana toxunmamışam”.
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aktyor, Xalq artisti Yasin Qarayev deyib.
Aktyor başa çatmağına sayılı günlər qalan “İlan” ilində “ ilan sizinlə yola getdimi” sualını cavablandırıb:
“Həyat yoldaşım İlan ilində doğulub. Düz 55 ildir ki, bir yerdəyik. Amma hər ehtimala qarşı həmişə çomaq əlimdə olub. İlan müdrik heyvandır. Hippokratın müdrik bir kəlamı var: “Yaxşı cərrahın əllərində qadın incəliyi, şir ürəyi və ilan mudrikliyi olmalıdır”.
Qarşıdan gələn At ilinin də ona uğur gətirəcəyinə inanan Xalq artisti “At”ın gəlişini belə vəsf etdi:
“Atla bağlı çoxlu deyimlər var. Məsələn,“atdı, muraddı, qadasın aldığım arvaddı”. Atın başını sığalla, min, hara istəyirsən, çap. Həzrət Əlinin “Düldül”ü, Koroğlunun “Qır at”ı, Nəbinin “Boz at”ı onlara həmişə qələbə və uğur gətirib. İnşallah ki, at bizə də uğur gətirər”.
Cəvahir












