Vitrində bir, kassada başqa qiymət: İstehlakçılar bu vəziyyətdə nə etməlidirlər? - VİDEO

media-hightechnic-468x90

“Mağazalar elan etdikləri qiymətə uyğun satış etməli, yoxsa müştəri ödədiyi qiyməti geri almalı və məhsulu geri qəbul etməlidir”.

Bunu mağazalarda məhsulların vitrindəki qiyməti ilə kassada ödənilən qiymət arasında fərq olması hallaırnın artmaıs barədə danışan iqtisadçı Xalid Kərimli Yenicag.az-a açıqlamasında deyib.media-xalid_kerimli1İqtisadçı, mağazalarda qiymət etiketlərinin dəyişdirilməməsinin əsas səbəbini işçilərin laqeyd yanaşması və menecmentin zəif fəaliyyət göstərməsi ilə əlaqələndirib:

“Xüsusilə şəbəkə marketlərində qiymətlər mərkəzləşdirilmiş kompüter sistemi vasitəsilə təyin olunur, lakin yerli mağazalarda işçilərin diqqətsizliyi və başısoyuqluğu bu cür problemləri yarada bilər. Mağazalar elan etdikləri qiymətə uyğun satış etməli, yoxsa müştəri ödədiyi qiyməti geri almalı və məhsulu geri qəbul etməlidir. Məsələn, vitrində bir məhsul 3 manat göstərilir, lakin kassada 3 manat 50 qəpik istənilirsə, mağaza ya məhsulu 3 manata satmalıdır, ya da müştəriyə ödədiyi pulu geri qaytararaq məhsulu geri almalıdır”.

O, istehlakçıların bu cür vəziyyətlərdə hüquqlarını bərpa etməsi üçün üç əsas yolun olduğunu qeyd edib:

“Birincisi, mağaza rəhbərliyi məsələyə yerində müdaxilə edərək problemi həll edə bilər. İkincisi, müştəri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə şikayət edə bilər. Üçüncü, məsələnin hüquqi yolla həllini istəyən istehlakçılar məhkəməyə müraciət edə bilərlər”.

Ətraflı videomaterialda:

Samir Məcid

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa