Vəfa ilk dəfə GİZLİNLƏRİ AÇDI: “Uşağımın atası ilə söz-söhbəti olub”
Müğənni Vəfa Şərifova Afət Fərmanqızı ilə aralarında yaşanan qalmaqala aydınlıq gətirib.
Yenicag.az xəbər verir ki, sənətçi bu barədə “Rəngarəng” verilişində açıqlama verib.
O, təkcə Afətlə deyil, digər qadın müğənnilərlə aralarında yaşanan münaqişələrin əsl səbəbinin onunla əlaqəli olmadığını, həyat yoldaşı ilə bağlı olduğunu deyib:
“Afət Fərmanqızı ilə aramızdakı gərginlik mahnı söhbəti deyil. Bəli, ondan öncə bir söhbətimiz olmuşdu. Bir neçə qadın sənətçilərlə davam var. Onların bir neçəsinin mənim uşağımın atası ilə problemləri olub. Ondan sonra mənə keçiblər. Yəni çox gərginliyin səbəbi mən olmamışam. Həmin xanımla da mənim uşağımın atasının söz-söhbəti var idi. Ondan sonra başladı, mənimlə gərginlik yaratmağa. Hətta canlı açıb danışmışdı. Həmin danışıqların səsyazıları mənim fanatlarımda var”.
Nehru












