Azərbaycanda aktiv depo hesablarının sayı 5 % azalıb

media-hightechnic-468x90

Bu il oktyabrın 1-nə Milli Depozit Mərkəzində 173 865 hesab olub.

Yenicag.az Mərkəzə istinadən xəbər verir ki, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 10,8 % çoxdur.

Depo hesablarının 172 226-sı fiziki, 1 639-u isə hüquqi şəxslərə məxsusdur. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 10,8 % və 7,05 % çoxdur.

Sentyabrın sonuna depo hesablarının 103 056-sı aktiv olub. Bu, illik müqayisədə 5,1 % azdır.

O cümlədən, fiziki şəxslərə məxsus aktiv hesabların sayı 5,1 % azalaraq 102 402-yə düşüb, hüquqi şəxslərə məxsus aktiv hesabların sayı isə dəyişməyərək 654 olub./report

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa