Azərbaycanda aqrar sektorda ciddi KADR ÇATIŞMAZLIĞI: Baytar həkimlərin azlığı RİSK YARADIR

media-hightechnic-468x90

Azərbaycanda aqrar sektor son illərdə sürətlə inkişaf etsə də, sahədə ciddi kadr çatışmazlığı mövcuddur. Xüsusilə baytar həkimlərin sayı yetərli deyil ki, bu da heyvandarlıq sahəsində xəstəliklərin yayılma riskini artırır. Ekspertlər bildirir ki, baytar həkim çatışmazlığı yalnız heyvan sağlamlığı üçün deyil, həm də insan sağlamlığı üçün ciddi təhlükə yaradır, çünki zoonoz xəstəliklərin vaxtında aşkarlanması və qarşısının alınması peşəkar kadrların sayına bağlıdır.

Ekspertlər vurğulayır ki, əgər bu sahəyə gənclərin marağı artırılarsa, gələcəkdə ölkədə yüksək keyfiyyətli baytar həkimlər yetişdirilə bilər, heyvanlardan insana keçə biləcək xəstəliklər azalacaq və kənd təsərrüfatı sektoru dayanıqlı şəkildə inkişaf edəcək. Bu həm də gənclərə yeni iş imkanları və regionlarda karyera qurmaq fürsəti yaradacaq.

media-79172aab7ef86ecc2bb4c2fcb06e996e_vahidmeherremov

Movzu ilə bağlı Yenicag.az-a açıqlama verən Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib ki, ölkədə baytar həkim çatışmazlığı heyvandarlıq sahəsində ciddi risklər yaradır:

“Ən təhlükəli heyvan xəstəlikləri olan brusellyoz, qarayara və digər zoonoz xəstəliklərin sürətlə yayılmasının əsas səbəbi məhz peşəkar baytar həkimlərin azlığıdır”, deyə ekspert qeyd edib”.

Vahid Məhərrəmov əlavə edib ki, heyvanlar ağrı və simptomlarını sözlə ifadə edə bilmədiyi üçün baytar həkimlərin işi xüsusilə çətindir:

“Baytar həkim ilk simptomları düzgün müəyyən etməli, vaxtında diaqnoz qoymalı və erkən müdaxilə etməlidir. Lakin, kifayət qədər mütəxəssis olmadığı üçün bu tapşırıq yerinə yetirilmir və sağlamlıq riskləri artır”.

O vurğulayıb ki, baytar həkimlərin peşəkar hazırlığının gücləndirilməsi və yeni kadrların yetişdirilməsi dərhal prioritet olmalıdır:

“Əgər bu sahəyə indi diqqət yetirilsə, 5–10 il ərzində ölkədə yüksək ixtisaslı baytar həkimlər yetişdirilə bilər və heyvanlardan insana keçə biləcək xəstəliklərin yayılma riski minimal səviyyəyə endiriləcək”.

Vahid Məhərrəmov bildirib ki, dövlət və təhsil sektorları təhsil proqramlarını yeniləməli, təcrübə mərkəzlərini artırmalı və gəncləri bu sahəyə cəlb etmək üçün təqaüd proqramları yaratmalıdır.

“Baytar həkimlərin hazırlanmasına investisiya həm heyvanların, həm də insanların sağlamlığını qoruyacaq”.

“Azərbaycan aqrar sektoru ciddi kadr çatışmazlığı ilə üzləşir”

media-screenshot_86

Təhsil eksperti Məzahir Məmmədli isə Yenicag.az-a açıqlamasında bildirib ki, bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri elan olunandan sonra ümid edilirdi ki, 150 balı keçən ixtisaslar aqrar sahəni də əhatə edəcək. Lakin ənənəvi təhsil sistemində göstərici 2-dən aşağıdır və hələ də kadr çatışmazlığı mövcuddur.
Onun sözlərinə görə, əsas səbəblərdən biri aqrar fakültələrinin regionlarda yerləşməsidir:

“Lənkəran və Gəncə kimi regionlarda yerləşən aqrar fakültələrindəki gənclərimiz Bakı şəhərinə getmək istəyirlər və buna görə də bölgələrdə təhsil almaq istəmirlər”.

Ekspert əlavə edir ki, əmək bazarında hər zaman ehtiyac olan ixtisaslara getməmələrinin digər səbəbi, ixtisas seçimi zamanı 300 baldan yüksək nəticə əldə edən gənclərin artıq Bakını seçməsidir. Bundan əlavə, gənclərdə Sovet dövründən qalan bir stereotip də mövcuddur: kolxoz və sovxoz sistemi artıq yoxdur, bu sahə dağılaraq tarixə qovuşub, buna görə də gənclər düşünür ki, burada harada iş imkanları olacaq.
Lakin, ekspert vurğulayır ki, hazırda aqrar sektora xüsusi diqqət ayrılıb:

“Bir zamanlar xaricdən baytarlar, aqronomlar və zootexniklər dəvət olunurdusa, bu gün ölkənin maddi-texniki bazası hesabına onların hamısı yerli təhsil müəssisələrində yetişir. Lakin gənclər hələ də bu ixtisasları seçməkdə maraqlı deyillər”.

Məzahir Məmmədli bildirir ki, bu problemin qarşısını almaq üçün aqrar sahənin əhəmiyyəti barədə geniş maarifləndirmə işləri aparılmalı və regionlarda təhsil alan gənclər üçün əlavə stimullar yaradılmalıdır.

media-media-medialogo-5-ic4zjf

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusu üzrə dərc olunub.

Məsimə Məmmədova

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa