Azərbaycanda arıçılıq təhlükədə: Özbəkistandan gətirilən arı ailələri xəstəlik yayır? - VİDEO
“Özbəkistanda geniş yayılmış və elmi institutlar tərəfindən təsdiq edilmiş Tropilaelaps gənəsi arı ailələri vasitəsilə region üçün ciddi təhlükə yaradır”.
Bu xəbərdarlıqla Yenicag.az-a açıqlamasında Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov çıxış edib.
Assosiasiya rəhbəri bildirib ki, Özbəkistandan idxal edilən arı ailələri ölkədə təhlükəli zərərvericinin yayılmasına və yerli arı təsərrüfatlarının məhv olmasına səbəb ola bilər:
“Özbəkistandan Rusiyaya hər il təxminən 300 min arı ailəsi ixrac olunurdu. Lakin Rusiya arıçıları təhlükəli xəstəliyin kütləvi yayılmasını müşahidə etdikdən sonra bu idxala qadağa qoydular. Biz də rusiyalı həmkarlarımızdan ciddi xəbərdarlıq aldıqdan sonra Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) rəsmi müraciət etdik”.
Bədrəddin Həsrətovun sözlərinə görə, aidiyyəti qurumlara edilən müraciətlər cavabsız qalıb və nəticədə riskli arı ailələrinin Azərbaycana gətirilməsi reallaşıb. O, hazırda həmin arıların karantində saxlanılması ilə bağlı yayılan məlumatların reallığı əks etdirmədiyini iddia edir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
Samir Məcid













