Azərbaycanda bu nazirliyin xidməti avtomobillərinin sayı kəskin AZALDILDI

media-hightechnic-468x90

Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Qərar imzalayıb.

Yenicag.az xəbər verir ki, Qərarla Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xidməti minik avtomobillərinin say həddi 23-dən 10-a endirilib.

Həmçinin, nazirliyin ərazi və yerli bölmələri üzrə mövcud 13 xidməti avtomobil ləğv edilib.

Eyni zamanda, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin balansındakı avtomobillərin sayı 2-dən 3-ə qaldırılıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05