!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda bu tibbi xidmətlərin qiyməti artdı – TAM SİYAHI - YENİLƏNDİ

!Reklam – Yazi

 

Xəbər verdiyimiz kimi, icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin sayı artırılıb. Belə ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilən “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə 794 sayda yeni tibbi xidmət əlavə edilib. Nəticədə Xidmətlər Zərfindəki tibbi xidmətlərin sayı 3344-ə çatdırılıb.

Yenicag.az xəbər verir ki, sayı artırılan tibbi xidmətlər ixtisaslaşdırılmış ambulator, laboratoriya, invaziv radioloji və stasionar tibbi xidmətlərdir.

Bildirilib ki, yeni xidmətlər sırasına vətər, əzələ, sümük iliyi, böyrək və qaraciyər transplantasiyası əməliyyatları da əlavə olunub: “Qaraciyər, böyrək və sümük iliyi transplantasiyası əməliyyatları üzrə illik limit sayı müvafiq olaraq 100, 150 və 20 müəyyən edilib. Bu transplantasiya əməliyyatları zamanı və transplantasiyadan sonra resipiyentin (donoru qəbul edən şəxs) dərman təchizatı da Xidmətlər Zərfi ilə təminata alınıb. Qeyd edək ki, transplantasiya üçün bir canlı donorun əməliyyata hazırlanması və əməliyyatı tibbi xidmətin tarifinə daxildir.

Təminata alınmış əməliyyatlar sırasına ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anadangəlmə ürək qüsurlarının cərrahiyyəsi, minimal invaziv üsulla həyata keçirilən endovaskular əməliyyatlar, beyin və beyin qişalarında aparılan əməliyyatlar, xoşxassəli beyin şişlərin çıxarılması, sümük, əzələ uzadılması, serebral iflic zamanı aşağı ətraflarda aparılan bükücü vətərin uzadılması, vətərin fiksasiyası, skolioz əməliyyatı kimi dəyəri yüksək olan tibbi xidmətlər əlavə olunub”.

Qeyd edilib ki, eyni zamanda 1390 tibbi xidmətin tarifi dəyişdirilərək aktual bazar qiymətlərinə uyğunlaşdırılıb. Tarifləri artırılan xidmətlərə misal olaraq bunları qeyd etmək olar:

İxtisaslaşdırılmış ambulator tibbi xidmət üzrə:

– İxtisaslı həkim müayinəsi – 17 manatdan 25 manata artıb;

– Ginekoloqun müayinəsi (USM ilə)- 25 manatdan 35 manata artıb.

Laboratoriya xidməti üzrə:

– Hepatit B səthi anticismi (HBsAb) – 5 manatdan 16 manata artıb;

– Kalsiferol (Vitamin D) – 13 manatdan 21 manata artıb.

Stasionar tibbi xidmətlər üzrə:

– Doğuşa əllə yardım – 350 manatdan 500 manata artıb;

– Tək koronar arteriyanın (aorto) koronar şuntlama əməliyyatı – 4000 manatdan 4500 manata artıb.

Xidmətlər Zərfinə edilmiş digər dəyişikliklərə əsasən il ərzində limit sayı 300 olan koxlear implantasiya və oynaqdaxili endoprotezləşdirmə əməliyyatları üzrə sığorta limiti ləğv olunub.

Yenilənmiş Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri ilə buradan tanış ola bilərsiniz.

***

12:58
İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə qaraciyər və böyrək transplantasiyasını, sümük iliyi və ya hematopoetik kök hüceyrələrin transplantasiyasını tələb edən tibbi xidmətlərin göstərilməsi şərtləri də daxil edilib.

Yenicag.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi barədə imzaladığı qərarda öz əksini tapıb.

Bu təminat qaraciyər, böyrək, sümük iliyi və hematopoetik kök hüceyrələrin transplantasiyasına tibbi göstərişi olan, müalicə protokolları və kliniki tövsiyələr əsasında diaqnozu təsdiqlənmiş sığortaolunanlara (resipiyentlərə) şamil edilir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təqvim ili ərzində icbari tibbi sığorta fondunun vəsaiti hesabına sığorta təminatı verilən qaraciyər transplantasiyasının say həddi 100, böyrək transplantasiyasının say həddi 150, sümük iliyi və ya hematopoetik kök hüceyrələrin transplantasiyasının say həddi 20 müəyyən edilir.

Transplantasiya xidmətlərinin göstərilməsi “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirilir.

***
11:44

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə əlavə edilən tibbi xidmətlərin siyahısı və tarifləri təsdiq edilib.

Yenicag.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarı imzalayıb.

Qeyd olunan tibbi xidmətlərin siyahısı və tarifləri ilə bu keçiddən tanış olmaq mümkündür.

www.yenicag.az

561
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv