Azərbaycanda COVID-19-a yoluxanlarla bağlı SON VƏZİYYƏT
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6 841 yeni yoluxma faktı qeydə alınıb, 6 772 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış nəfər 23 vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 745 169 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 686 088 nəfər müalicə olunaraq sağalıb, 9 050 nəfər vəfat edib, aktiv xəstə sayı 50 031 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 387, ötən müddət ərzində isə ümumilikdə 6 390 225 test aparılıb.